Dünyaya səs salan hadisə - ABŞ xüsusi təyinatlıları İran ərazisinə necə sızdı?
İran ABŞ-nin "F-15" qırıcısını vurandan sonra SEPAH xüsusi bəyanat yayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Televiziyada ABŞ pilotları ilə bağlı elan səsləndirilib. Bundan sonra Vaşinqton iki pilotun axtarışı üçün helikopterlər cəlb edib.
Bir pilot tez bir zamanda xilas edilsə də, digər pilotu xilas etmək üçün keçirilən əməliyyatda ABŞ-nin digər bölmələrindən yüzlərlə xüsusi təyinatlı və hərbi qulluqçu iştirak edib.
"The New York Times"ın məlumatına görə, riskli əməliyyat zamanı ABŞ xüsusi təyinatlıları düşmən ərazisinin dərinliklərinə nüfuz ediblər. Pilot ABŞ Hərbi Dəniz Qüvvələrinin SEAL və döyüş axtarış-xilasetmə qrupları (CSAR) tərəfindən təxliyə edilib.
Oxşar xəbərlər
Pezeşkian: İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda maraqlarımızı qətiyyətlə müdafiə edəcək
İran nümayəndə heyəti Pakistanda ABŞ ilə danışıqlarda Tehranın maraqlarını qətiyyətlə müdafiə edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran...