Dünyanın ən yaşlı üçüncü insanı 115 yaşında öldü

Dünyanın ən yaşlı üçüncü insanı 115 yaşında öldü
Foto
Dünya 85

ABŞ-də yaşayan dünyanın üçüncü ən yaşlı insanı Elizabet Frensis 115-ci ildə vəfat edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın ən yaşlı insanı Elizabet Frensis dünyanın üçüncü ən yaşlı insanı kimi rekordlar kitabına düşüb.

1909-cu ildə anadan olan Frensis ABŞ-nin 20 prezidenti dövrünü görüb.

Hyustonda televiziya kanallarından birinin bufetini idarə edən və 95 yaşlı qızı və nəvəsi ilə birlikdə yaşayan Fransisin çoxlu nəvələri olub.

Həm yaşı, həm də sevgisi ilə tanınan Frensis, qocalığı ilə bağlı bəzi xəstəliklərə görə 115 yaşında dünyasını dəyişib.

LongeviQuest-in baş direktoru Ben Meyersin fikrincə Fransisin bu qədər uzun yaşamasının sirri onun güclü ailə bağlarının olmasıdır.

"İnsanların təkbaşına bu yaşa çatması çox çətindir. Frensisi bu qədər uzun müddət yaşadan onun ailəsi və ətrafındakı insanlarla qurduğu möhkəm bağlar idi. Hyuston icmasının sevimli üzvü Frensis geridə böyük və mehriban bir ailə qoyub", - deyə o, əlavə edib.

Son xəbərlər