Dünyanın bu şəhərlərində saatlarla tıxac olur – araşdırma
Dünyanın iri şəhərlərində nəqliyyat sıxlığı ciddi problem olaraq qalır. Beynəlxalq nəqliyyat və yol hərəkəti üzrə aparılan son araşdırmalar göstərir ki, bəzi metropollarda sürücülər günün bir neçə saatını tıxacda keçirməyə məcbur qalırlar.
BAKU.WS rəsmi trafik hesabatlarına əsasən xəbər verir ki, İstanbul tıxacların ən uzun sürdüyü şəhərlər siyahısında ön sıralarda yer alır. Şəhərdə sürücülər ildə orta hesabla yüz saatdan artıq vaxtını yol sıxlığında itirir. Eyni vəziyyət ABŞ-nin Çikaqo və Nyu-York, Meksikanın paytaxtı Mexiko, eləcə də Böyük Britaniyanın London şəhərlərində də müşahidə olunur.
Araşdırmalara görə, Dublin, Paris, Atina və Los-Anceles kimi şəhərlərdə də pik saatlarda tıxaclar saatlarla davam edir. Mütəxəssislər bunu əhalinin sürətlə artması, şəxsi avtomobillərdən geniş istifadə, yol infrastrukturunun yüklənməsi və ictimai nəqliyyatın kifayət qədər effektiv olmaması ilə əlaqələndirirlər.
Ekspertlərin fikrincə, uzunmüddətli tıxaclar yalnız vaxt itkisinə deyil, eyni zamanda yanacaq sərfiyyatının artmasına, havanın çirklənməsinə və sürücülər arasında stressin yüksəlməsinə səbəb olur.
Qeyd olunur ki, bir sıra ölkələr bu problemi azaltmaq üçün ictimai nəqliyyatın inkişafı, ağıllı yol sistemlərinin tətbiqi və avtomobil istifadəsinin məhdudlaşdırılması istiqamətində yeni tədbirlər görməyə başlayıb.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...