Dünyada cəmi 1 faiz insan həm sağlam, həm də planet üçün faydalı qidalanır

Yeni araşdırmaya görə, hazırda dünyada cəmi 1 faiz insan sağlam və ətraf mühit üçün təhlükəsiz qidalanma rejiminə əməl edir.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirir ki, daha sağlam qidalanmaya keçid hər il 15 milyon erkən ölümün qarşısını ala bilər və istixana qazı emissiyalarını 20 faiz azalda bilər.
Tədqiqatda qeyd olunur ki, hazırkı qlobal qida istehsalı sistemi Yer kürəsinin iqlim, torpaq, su, azot və fosfor kimi beş əsas ekosistemini təhlükə altına salır. Alimlər hesab edir ki, bütün insanlar sağlam qidalanmaya keçsə, bu sistemlər təhlükəsiz səviyyəyə qədər bərpa oluna bilər.
EAT təşkilatının baş elmi əməkdaşı, tədqiqatın müəllifi doktor Fabrice Deklerk BBC Science Focus-a açıqlamasında bildirib ki, "əgər bütün dünya sağlam qidalansa, 2050-ci ilə qədər 10 milyard insanı bəsləmək mümkün olar və bunun üçün bu günkindən 7 faiz az torpaq sahəsi kifayət edər".
Araşdırmaya əsasən, 6,9 milyard insan həddindən artıq - xüsusilə ət, süd məhsulları, şəkər və emal olunmuş qidalar - istehlak edir, 3,7 milyard insan isə sağlam qidaya çıxışda çətinlik çəkir. Alimlər bu səbəbdən "Planetar sağlamlıq pəhrizi" (PHD) adlanan modelə keçidi tövsiyə edir. Bu pəhriz meyvə, tərəvəz, paxlalılar, qoz-fındıq və tam taxılların üstünlük təşkil etdiyi qidalanmanı nəzərdə tutur.
Oxşar xəbərlər
NASA-nın kosmosda yetişdirdiyi kahıda qida çatışmazlığı aşkarlandı
NASA-nın Beynəlxalq Kosmik Stansiya (ISS) və Çin Tiangong II-də yetişdirdiyi kahılarda yer üzündəki ekvivalentlərinə nisbətən kalsium və maqnezium azlığı müşahi...
