Dünya ilə asteroid arasında cəmi 430 kilometrlik məsafə
Keçən həftə Yer kürəsinin cəmi 430 kilometr yaxınlığından asteroid keçib. Bu məsafə demək olar ki, Beynəlxalq Kosmik Stansiyanın orbitinə bərabərdir.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "2025 TF" adlı bu asteroid 1 oktyabrda Antarktika üzərindən keçərək qeydiyyata alınan ən yaxın ikinci keçid kimi tarixə düşüb.
Alimlər bildiriblər ki, asteroidin Yerə çırpılması halında ciddi təhlükə yaranmayacaqdı, çünki onun diametri cəmi 1–3 metr olub. Bu cür toqquşma yalnız parlaq bir "atəş topu" effekti yaradardı. Maraq doğuran məqam isə odur ki, asteroidin varlığı onun keçidindən bir neçə saat sonra aşkar edilib.
NASA hesablamalarına görə, "2025 TF" 2087-ci ildə yenidən Yerə yaxın məsafədən keçəcək, lakin bu dəfə çox uzaq - təxminən 8 milyon kilometr məsafədən.
Oxşar xəbərlər
ABŞ ordusu bu gecə İrana zərbələr endirib
ABŞ ilə İran arasında gərginlik yenidən hərbi mərhələyə keçib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında üç kommersiya gəmisinə e...