Dreyk Mayk Taysona görə 350 000 dollar itirdi
Dünyaca məşhur repçi Dreyk yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o, əfsanəvi boksçu Mayk Taysonla tanınmış yutuber Ceyk Polun döyüşünə böyük məbləğdə pul itirib.
Belə ki, Dreyk Taysonun qalibiyyətinə 350 000 dollardan çox pul qoyub.
Lakin Tayson Pola uduzduğundan Dreyk sözügedən məbləği itirib.
Məlumat üçün bildirək ki, "Celebrity Net Worth"ün ötən il yaydığı informasiyaya əsasən Dreykin var-dövləti 250 milyon dollardır.
Xatırladaq ki, bu gün dünya boksunun canlı əfsanəsi Mayk Tayson və tanınmış yutuber Ceyk Polun döyüşü keçirilib.
8 raunddan ibarət olan qarşılaşma 6-2 hesabı yutuber Ceyk Polun xeyrinə yekunlaşıb. Bu döyüşdən Tayson 20 Pol isə 40 milyon dollar qonorar alıb.
Oxşar xəbərlər
Güllü cinayəti ilə bağlı etiraf: "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı"
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan məhkəmə prosesində hadisənin təfərrüatlarını dəyişə biləcək yeni səs yazısı ortaya çıxıb. Hadisə gecəsi mənzi...