Donatella Versace məşhur brendinin direktorluğundan ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İtalyan modelyer Donatella Versace 30 ilə yaxın işlədiyi "Versace" moda evinin kreativ direktoru vəzifəsini tərk edib.
BAKU.WS xəbər verir ki, bu barədə moda evinin nümayəndələri martın 13-də X sosial şəbəkəsində məlumat veriblər.
"Donatella Versace baş brend səfiri rolunu üzərinə götürəcək", - deyə məlumatda deyilir.
O, yeni rolunda özünü moda evinin xeyriyyə işlərinə həsr edəcək və brendin dünya miqyasında müdafiəçisi olaraq qalacaq.
Yaradıcı direktor vəzifəsini Dario Vitale icra edəcək. O, aprelin 1-dən vəzifəsinin icrasına başlayacaq.
Oxşar xəbərlər
Almaniyada ilk dəfə qadın prezident seçilə bilər
Almaniyanın hakim partiyaları ölkənin ilk qadın prezidenti vəzifəsinə 61 yaşlı Xristian-Sosial İttifaqının (XSU) nümayəndəsi İlze Ayqnerin namizədliyi ətrafında...