Donald Tramp və Si Cinpinin Cənubi Koreyada görüşdü

Donald Tramp və Si Cinpinin Cənubi Koreyada görüşdü
Video
Dünya 74

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin Cənubi Koreyanın Busan şəhərində görüşüblər.

BAKU.WS xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Danışıqlar təxminən 1 saat 40 dəqiqə davam edib.

Hazırda tərəflər arasında keçirilən görüşün detalları açıqlanmayıb. Bununla belə, danışıqların əvvəlində Si Cinpin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Çin və ABŞ əsas ticarət və iqtisadi məsələlərdə müəyyən ortaq anlayışa nail olublar.

Tramp isə qarşılıqlı əməkdaşlığın yeni mərhələyə keçəcəyinə inandığını söyləyib və görüşün "çox uğurlu" olacağına əminliyini ifadə edib.

Xatırladaq ki, iki lider sonuncu dəfə 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.

Oxşar xəbərlər

Son xəbərlər