Donald Tramp: "Los-Ancelesə sanki "bomba düşüb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Meşə yanğınlarından sonra Los-Ancelesə sanki "bomba düşüb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kaliforniyada təbii fəlakət bölgəsinə səfəri zamanı deyib.
D.Tramp şəhərin yanğından zərərçəkmiş ərazilərinə baş çəkib və yerli rəsmilərlə görüşüb.
Birləşmiş Ştatların lideri vurğulayıb ki, federal hökumət yanğınlarla mübarizədə yerli administrasiyaya tam dəstək verir.
D.Tramp ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) fəaliyyətinə də toxunub və agentliyin yanğınlara qarşı mübarizəsini tənqid edib:
"FEMA-nın fəaliyyəti faciəli oldu. Mən düşünürəm və biz tövsiyə edirik ki, FEMA ləğv edilsin".
D.Tramp agentliyin bürokratik quruma çevrildiyini və ləng işlədiyini vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...