Dərmanları yanlış vaxtda qəbul etmək təsirini azalda bilər - XƏBƏRDARLIQ
Dərmanların günün hansı saatında qəbul edilməsi onların effektivliyinə təsir göstərə bilər. Buna səbəb orqanizmin öz bioloji saatının olmasıdır.
BAKU.WS xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Andrey Kondraxın Rusiya KİV-ə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, dərmanların qəbul vaxtı xəstəliyin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməlidir. Məsələn, arterial təzyiq bəzi insanlarda əsasən axşam və ya gecə yüksəlirsə, preparatların axşam saatlarında qəbulu tövsiyə oluna bilər.
Əgər təzyiq səhərdən axşama qədər yüksək qalırsa, həkim dərmanı gün ərzində iki dəfə qəbul etməyi və ya sutkada bir dəfə istifadə edilən uyğun preparat seçməyi nəzərdən keçirə bilər.
Həkimin sözlərinə görə, qalxanabənzər vəzə təsir edən hormonal preparatların da qəbul vaxtı önəmlidir. Belə dərmanların səhər erkən saatlarda qəbul edilməsi tövsiyə olunur.
Mütəxəssis həmçinin səyahət zamanı dərmanların qəbul rejiminə diqqət yetirməyin vacibliyini vurğulayıb. Başqa saat qurşağına keçdikdə orqanizmin bioloji ritmi dəyişə bilər və bəzi dərmanların qəbul vaxtının buna uyğunlaşdırılması lazım gələ bilər.
Qeyd edək ki, dərmanın qəbul saatını özbaşına dəyişmək olmaz. Xüsusilə təzyiq və hormonal preparatların rejimi həkimlə razılaşdırılmalıdır.
Oxşar xəbərlər
Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək
Bütün Fransa üzrə etirazlarla əlaqədar 135 nəfər saxlanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunyes brifinq zam...