Dəməşqdə kilsədə intihar hücumu – 25 ölü, onlarla yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyanın paytaxtı Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi "SANA" məlumat yayıb.
Bildirilir ki, partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. Hadisədən əvvəl həmin şəxs kilsəyə toplaşan insanlara atəş açıb, əl qumbaraları atıb və daha sonra üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb.
İlkin məlumatlara əsasən, hücum nəticəsində azı 25 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Yaralıların vəziyyəti barədə məlumat verilməyib. Hadisə yerinə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...