Defne Samyelinin qızları: "İstəsəydik, bu günə qədər evlənərdik"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni və aktrisa Defne Samyelinin qızları sosial şəbəkədə ünvanlarına yazılan "Varlı ər axtarırsınız" şərhlərinə ilk dəfə reaksiya veriblər.
BAKU.WS xəbər verir ki, Deren və Derin Talu bacıları heç vaxt niyyətlərinin varlı kişi axtarmaq olmadığını qeyd edib və evliliyi mənasız bir şey adlandırıblar:
"Paylaşımlarımıza "Verlı kişi ovçuları", "Evlənmək istəyirsiniz" kimi şərhlər yazırlar. Bizdə belə bir problem yoxdur. Evlənməyə də ehtiyacımız yoxdur. Evlilik haqqında düşünmürük və evliliyə inanmırıq. Atamla anamın evlilik həyatı çox pis olub və biz də bundan çox təsirlənmişik. Ona görə də evlilik bizim üçün xoş hal deyil. İkimiz də istəsəydik bu günə qədər evlənərdik".
Xatırladaq ki, Defne Samyeli 1995 - 2011-ci illərdə memar Eren Talu ilə evli olub.
Oxşar xəbərlər
Almaniyada ilk dəfə qadın prezident seçilə bilər
Almaniyanın hakim partiyaları ölkənin ilk qadın prezidenti vəzifəsinə 61 yaşlı Xristian-Sosial İttifaqının (XSU) nümayəndəsi İlze Ayqnerin namizədliyi ətrafında...