Danimarkada məcburi hərbi xidmətin müddəti artırıldı

Danimarkada məcburi hərbi xidmətin müddəti artırıldı
Dünya 0

Danimarkada qəbul edilən yeni qərara əsasən, məcburi hərbi xidmətin müddəti 4 aydan 11 aya qaldırılıb.

BAKU.WS xəbər verir ki, islahatın ilk mərhələsində tamamilə könüllülərdən ibarət 1 600 nəfərlik qrup xidmətə başlayıb.

Yeni qaydalara əsasən, ölkə tarixində ilk dəfə qadınlar da kişilərlə bərabər şərtlərlə məcburi hərbi xidmət sisteminə cəlb olunacaqlar.

Məlumata görə, hərbi qulluqçular əvvəlcə 5 aylıq əsas hazırlıq keçəcək, daha sonra isə 6 ay ərzində əməliyyat tapşırıqlarını yerinə yetirəcəklər. Onlar quru qoşunları, hava və dəniz qüvvələrinin 14 fərqli təlim mərkəzində pilotsuz uçuş aparatı operatoru, radar köməkçisi və patrul xidməti kimi müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.

Yeni islahatla Danimarka ordusunun döyüş hazırlığının gücləndirilməsi hədəflənir. Plana əsasən, hər il hərbi xidmətə çağırılanların sayı 2033-cü ilədək 5 mindən 7 500 nəfərə çatdırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər