Danimarka şahzadəsi hərbi xidmətə başladı - Tarixdə İLK
Danimarka şahzadəsi İzabella ölkədə qadınları da əhatə edən yeni məcburi hərbi xidmət sistemi çərçivəsində 11 aylıq hərbi xidmətə başlayıb.
BAKU.WS xəbər verir ki, 19 yaşlı şahzadə Slagelse şəhərində yerləşən Antvorskov hərbi hissəsinə təhvil verilərək digər çağırışçılarla birlikdə xidmətə başlayıb.
Məlumata görə, İzabella Danimarkada qadınları da əhatə edən yeni məcburi hərbi xidmət proqramına qoşulan ilk çağırış qrupunun üzvlərindəndir. Proqram 5 aylıq baza hazırlığı və 6 aylıq əməliyyat xidmətindən ibarətdir.
Danimarka dəyişən təhlükəsizlik şəraiti nəzərə alınaraq məcburi hərbi xidmət müddətini 4 aydan 11 aya uzadıb və sistemi qadınları da əhatə edəcək şəkildə genişləndirib.
Danimarka Kral Sarayı bildirib ki, şahzadə hərbi xidmət dövründə ona ödənilməsi nəzərdə tutulan maaş və gündəlik müavinətdən imtina edib. Onun bütün xərclərini ailəsi qarşılayacaq.
Qeyd edək ki, şahzadə İzabella Danimarka kral ailəsində yeni məcburi hərbi xidmət sistemi çərçivəsində rəsmi hərbi hazırlıq keçən ilk qadın üzv kimi tarixə düşüb.
Oxşar xəbərlər
Serenay Sarıkayanın diqqətsizliyi ona baha başa gəldi - İki dəfə 30 000 ödəyibmiş...
Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya bu dəfə şəxsi həyatı ilə deyil, əmlak vergisi ödənişi zamanı baş verdiyi iddia olunan anlaşılmazlıqla gündəmə gəl...