Danimarka 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıracaq

Danimarka 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıracaq
Dünya 33

Danimarka parlamenti pensiya yaşının mərhələli şəkildə 70 yaşa qədər artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 81 deputat qanun layihəsinin lehinə, 21 deputat isə əleyhinə səs verib.

Plana görə, pensiya yaşı mərhələli şəkildə artırılacaq: 2030-cu ilə qədər 68 yaşa, 2035-ci ilə qədər 69 yaşa, 2040-cı ilə qədər 70 yaşa çatacaq.

Qeyd edək ki, hazırda Danimarkada insanlar 67 yaşında pensiyaya çıxırlar.

Bu ideyanın tərəfdarları pensiya yaşının artırılmasının zəruriliyini ölkədə gözlənilən ömür uzunluğunun artması ilə əlaqələndirirlər. Həmkarlar ittifaqları isə öz növbəsində bu addımları tənqid edir.

Son xəbərlər