Daha bir qonşu ölkəyə qarlı, şaxtalı hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Meteorologiya Baş İdarəsi (MGM) ölkə üzrə hava şəraitinin yaxın günlərdə ciddi şəkildə dəyişəcəyini açıqlayıb.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, qurumun son proqnozlarına əsasən, Balkanlar və Sibir istiqamətindən gələn güclü soyuq hava axını bazar ertəsindən etibarən Türkiyəyə təsir göstərəcək.
Məlumata görə, hazırda mövsüm normalarından yuxarı olan temperatur göstəriciləri əvvəlcə həftəsonu normaya yaxınlaşacaq, yeni həftənin əvvəlindən isə sürətlə azalaraq qış səviyyələrinə enəcək.
Belə ki, şənbə günü Marmara və Egey bölgələrində yağıntılar yağış şəklində başlayacaq. Bazar günü axşam saatlarından etibarən isə İç Anadolu və Qara dənizin daxili rayonlarında yağışın sulu qar və qara çevriləcəyi gözlənilir.
Bazar ertəsi günü soyuq havanın bütün ölkə ərazisini əhatə edəcəyi, xüsusilə Ankara, Eskişehir, Bolu və Ərzurum kimi şəhərlərdə güclü qar yağışının müşahidə olunacağı bildirilir.
İstanbulda həftəsonu güclü leysan yağışları gözlənilir. Şimal istiqamətindən əsən küləyin fırtına gücünə çatacağı proqnozlaşdırılır. Şəhərdə bazar ertəsi temperaturun birrəqəmli göstəricilərə enəcəyi, yüksək ərazilərdə isə sulu qar ehtimalının olduğu qeyd edilib.
Ankarada bazar günü başlayan yağıntıların gecə saatlarından etibarən qara çevriləcəyi bildirilir. Yeni həftənin ilk günlərində gecə temperaturunun -5, hətta -8 dərəcəyədək enəcəyi barədə xəbərdarlıq edilib.
Qeyd olunur ki, hava temperaturu gələn həftənin sonunadək mövsüm normalarından aşağı səviyyədə qalmaqda davam edəcək.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...