Daha bir ölkə Trampla gömrük rüsumlarının ləğvi barədə razılığa gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina ilə ABŞ ticarət və investisiya sahəsində sazişlər imzalayıb. Bu razılaşmalara əsasən, tərəflər qarşılıqlı şəkildə yüzlərlə mal növünə tətbiq olunan gömrük rüsumlarını ləğv edəcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Argentinanın əsas xarici siyasət qurumunun məlumatına görə, ABŞ Argentinadan idxal olunan məhsullara tətbiq edilən 1600-dən çox gömrük rüsumunu ləğv etməyə razılıq verib. Öz növbəsində, Buenos-Ayres hökuməti Amerika məhsullarına tətbiq olunan 220-dən artıq rüsumdan imtina edəcək.
Keçən ilin dekabr ayının əvvəlində ABŞ prezidenti Donald Tramp bəzi gömrük rüsumlarının azaldıla biləcəyini istisna etmişdi. Söhbət ABŞ sakinlərinin həddindən artıq baha hesab etdiyi bir sıra idxal məhsullarının tariflərdən azad edilməsindən gedirdi. Bunlara, xüsusilə, qəhvə, banan və mal əti daxildir.
Həmin ilin noyabr ayında Tramp Braziliyadan idxal olunan bəzi məhsullara tətbiq edilən rüsumları da ləğv etmişdi. Daha əvvəl oxşar qərar Argentina, Ekvador, Qvatemala və Salvadorla ticarətə də şamil olunmuşdu.
Oxşar xəbərlər
Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi
ABŞ-də yaradılan Cathedral adlı süni intellekt startapı Anthropic şirkətinin daxili sistemlərinə sızaraq məxfi məlumatları əldə etdiyini iddia edib. BAKU.WS xəb...