Daha bir ölkə İranı tərk etməklə bağlı çağırış ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İranı tərk etməklə bağlı çağırış edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Nazirliyin yaydığı rəsmi məlumatda İran İslam Respublikasında artan gərginlik və təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi riski vurğulanıb. Bu səbəbdən hazırda İranda olan bütün Serbiya vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələri tövsiyə olunur.
Qurum qeyd edib ki, vətəndaşlar mövcud vəziyyəti diqqətlə izləməli, təhlükəsizlik qaydalarına əməl etməli və zərurət yarandıqda diplomatik nümayəndəliklə əlaqə saxlamalıdırlar.
Xatırladaq ki, daha əvvəl Almaniya və İsveç də öz vətəndaşlarına İrandan çıxmaqla bağlı oxşar müraciət etmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...