Dağıstanda terrorçular saxlanıldı: Polis şöbəsinə silahlı hücum planlaşdırırdılar
Rusiya Federasiyasının Dağıstan Respublikasında polis şöbəsinə silahlı hücum planlaşdıran terrorçular saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin respublika üzrə idarəsinin Telegram kanalında yayılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları Dərbənd şəhərində yerləşən polis idarəsinə silahlı hücum etməyə hazırlaşan dörd nəfəri saxlayıb. Onların hadisəni törətmək üçün partlayıcı maddələr və əl düzəltməsi partlayıcı qurğular hazırlamaq məqsədilə zəruri komponentlər əldə etdikləri bildirilib.
Bundan əlavə, terrorçu qrupun daha bir üzvü saxlanılarkən silahlı müqavimət göstərib və zərərsizləşdirilərək məhv edilib.
Oxşar xəbərlər
Universitetin qadın professoru marixuana satdığı üçün həbs edilib
Rusiyanın Uzaq Şərq Federal Universitetinin (DVFU) müəllimi təxminən səkkiz qram çəkisi olan marixuana satılmasına cəhd ittihamı ilə həbs edilib. BAKU.WS xəbər...