Dağıstanda partlayışların görüntüləri yayıldı - PUA hücumunun nəticələri
Dağıstanın Kaspisk şəhərində baş verən partlayışların nəticələri ilə bağlı görüntülər ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, şəhər sakinləri yerli hakimiyyətin "PUA hücumu dəf edilib" açıqlamasından sonra hadisə yerindən videogörüntülər çəkərək Telegram-da paylaşıb.
Kadrlardan biri "SHOT" kanalında dərc olunub.
Videoda küçədə həyəcan siqnalının səsləndiyi eşidilir. Həmçinin çoxmərtəbəli yaşayış binasının pəncərələrinin sındığı və çərçivələrinin zədələndiyi görünür.
Hadisə yerindən yayılan görüntülərə əsasən, hücum zamanı həyətə park edilmiş avtomobillər də ziyan görüb.
"Mash" kanalının məlumatına görə, azı 15 maşın zədələnib. Bundan əlavə, 12 yaşlı bir qızın xəsarət aldığı bildirilir. Onun döş qəfəsinə yüngül zədə dəydiyi və həyatına təhlükə olmadığı deyilir.
"Baza" kanalının məlumatına görə, partlayış "Dagdizel" gəmiqayırma zavoduna yaxın yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Binanın demək olar ki, bütün bloklarında pəncərələrin sındığı qeyd olunur. Hadisə yerində təcili yardım və xilasedicilər çalışır.
Kaspisk şəhər administrasiyası Telegram-da bildirib ki, bu gün səhər pilotsuz uçuş aparatlarının hücumunun qarşısı alınıb. Hədəflər aşkarlanaraq şəhər üzərində məhv edilib. Sakinlərə açıq ərazilərdə ehtiyatlı olmaq və zəruri təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunub.
Oxşar xəbərlər
Çin vətəndaşlarına Rusiyaya vizasız giriş icazəsi verildi
Çin vətəndaşları 14 sentyabr 2026-cı il tarixinə qədər Rusiyaya 30 günə qədər vizasız daxil ola biləcəklər. BAKU.WS xəbər verir ki, müvafiq sərəncamı Rusiya pre...