Dağıstanda 3 polisi güllələyib öldürən şəxslərin FOTOSU
Dağıstanın Mahaçqala şəhərində polis əməkdaşlarına hücum edənlərin fotosu yayılıb.
BAKU.WS xəbər verir ki, görüntünü Dağıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva dərc edib.
Fotoya əsasən, avtomobildə ən azı iki kişi var. Onlar oğurlanmış yol polisi maşını sürürlər.
Hazırda hücum edənlərin tapılaraq saxlanılması istiqamətində işlər aparılır.
Xatırladaq ki, mayın 5-də Dağıstanın rəhbəri Sergey Melikov məlumat vermişdi ki, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa çalışsalar da, sürücü buna əməl etməyib və onlara atəş açıb.
Sonradan məlum olub ki, atışma nəticəsində 3 polis əməkdaşı həlak olub. Ölkənin Daxili İşlər Nazirliyi onu da əlavə edib ki, yol polisi əməkdaşlarına hücum edənlərdən biri məhv edilib.
Oxşar xəbərlər
Britaniyada yüksək rütbəli hərbçi evində qətlə yetirilib
Böyük Britaniya Silahlı Qüvvələrinin keçmiş yüksək vəzifəli hərbi qulluqçusu, 49 yaşlı Saymon Giri Lester şəhərində yerləşən evində ölü tapılıb. BAKU.WS xəbər...