Copernicus: İqlim dəyişikliyində yeni rekordlar

Copernicus: İqlim dəyişikliyində yeni rekordlar
Dünya 71

Avropa İttifaqının Copernicus sisteminin İqlim Dəyişikliyi Direktoru Karlo Buontempo 2024-cü ilin rekord dərəcədə isti il olduğunu vurğulayıb və qarşıdakı illərdə yeni istilik rekordlarının qeydə alınacağını bildirib.

BAKU.WS Copernicus məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ildə qlobal orta temperatur artımı ilk dəfə Paris İqlim Sazişindəki 1,5 dərəcə həddinə çatıb. Buontempo iqlim dəyişikliyinin insan sağlamlığı, su dövranı və kənd təsərrüfatı kimi bir çox sahələrə təsir etdiyini qeyd edib:

"Son 20 ildə Avropada istiliklə əlaqəli ölüm halları 30 faiz artıb. İqlim dəyişikliyinə uyğunlaşmaq üçün cəmiyyətin hər bir fərdi addımlar atmalıdır."

2025-ci ilin daha mülayim keçə biləcəyini qeyd edən Buontempo, ümumi olaraq istilik artımının davam edəcəyini bildirib: "Yeni rekordlar qaçınılmazdır. Gələcəkdə daha çox "ən isti il" və "ən isti ay" ilə qarşılaşacağıq."

O, həmçinin ekstremal hava şəraitinə hazır olmaq üçün fərdi və cəmiyyət səviyyəsində tədbirlərin vacibliyini vurğulayıb: "Daha yaxşı izolyasiya, düzgün vaxtlarda fəaliyyət və ekoloji vərdişlər iqlim dəyişikliyinə uyğunlaşma prosesində mühüm rol oynayacaq."

Son xəbərlər