Co Kent: Tramp nəzarətdən çıxmış İsrailin qarşısını almalıdır

Co Kent: Tramp nəzarətdən çıxmış İsrailin qarşısını almalıdır
Dünya 38

ABŞ-nin Terrorla Mübarizə Mərkəzinin keçmiş rəhbəri Co Kent açıqlaması ilə diqqət çəkib.

BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, o ABŞ-ni İsrailin nəzarətdən çıxmış zorakılığını dayandırmağa çağırıb.

O bu barədə amerikalı jurnalist Taker Karlsona YouTube kanalında verdiyi müsahibədə bildirib.

Co Kent qeyd edib ki, Donlad Tramp nəzarətdən çıxmış İsrailin qarşısını almalıdır. İsrail nəzarətdən çıxıb və müstəqil şəkildə İrana qarşı hərbi əməliyyat keçirir ki, bu da ABŞ prezidenti Donald Trampın əsas prioritetinə çevrilib.

"Prezident Trampın etməli olduğu ilk şey əsas problemi həll etməkdir. Əsas problem israillilərin nəzarətdən çıxması və bütün bu müharibəni aparmasıdır", - deyə o qeyd edib.

Kent onu da bildirib ki, ABŞ İsraili müdafiə etməyə və ballistik raket hücumlarının qarşısını almağa davam edəcək, lakin onun tərəfindən bu hücumlar dayandırılmalıdır.

Xatırladaq ki, Pentaqonun Ağ Evdən İrandakı hərbi münaqişə üçün ABŞ Konqresinə 200 milyard dollardan çox maliyyələşdirmə tələbini təsdiqləməsini istədiyi bildirilib.

Bu böyük tələbin münaqişəyə qarşı çıxan qanunvericilərin müqaviməti ilə qarşılaşacağı gözlənilir.

Son xəbərlər