CNN: Demokratlar 10 ştatdan 3-də qubernator seçkilərində qalib gəlir

ABŞ-nin Demokratik Partiyasının namizədləri artıq səslərin hesablandığı 10 ştatdan 3-də qubernator seçkilərində qələbə qazanırlar.
BAKU.WS xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Belə ki, Delaverdə Met Meyer 99% bülletenlərin işlənməsindən sonra 55.9%-lə qalib gəlir. Şimali Karolinada Coş Steyn müvafiq olaraq 55.8% və 85%-lə liderlik edir, Vaşinqtonda isə Bob Ferquson 56.6% və 62%-lə öndədir.
Respublikaçılar isə 7 ştatda liderlik edirlər. Vermontda Fil Skott 93% bülletenlərin işlənməsindən sonra 72.7%-lə qalib gəlir, Nyu-Hempşirdə Kelli Ayott 52.5% və 55%-lə, Qərbi Virciniyada Patrik Morrisi 61.8% və 91%-lə, İndianada Mayk Braun 54.3% və 84%-lə, Missuridə Mayk Keo 57.1% və 83%-lə, Şimali Dakotada Kelli Armstronq 69.6% və 85%-lə, Montanada isə Qreq Qlənfort 63.7% və 13%-lə öndədirlər.
Yutada hələ səslərin hesablanmasına başlanılmayıb.
Qeyd edək ki, ABŞ-də 5 noyabrda növbəti ümumi seçkilər keçirilir. Bu seçkilərdə prezident, Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorları seçilir. Dövlət başçısı vəzifəsinə Donald Tramp və Kamala Harris namizədliklərini irəli sürüblər. Tramp ABŞ-nin 45-ci prezidenti olub və 2017-2021-ci illərdə hakimiyyətdə olub. 2020-ci il prezident seçkilərində o, demokrat Co Baydenə məğlub olub, lakin hazırda Ağ Evə qayıtmaq niyyətindədir. Harris isə 2021-ci ilin yanvar ayından ABŞ-nin vitse-prezidenti vəzifəsini icra edir.
Oxşar xəbərlər
Devid Bekhemə fəxri ad veriləcək
İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhemə "Cəngavər" fəxri adı veriləcək. BAKU.WS "The Sun" nəşrinə istinadən xəbər verir ki, Bekhemin adı Kral III Ça...
