Çinin vakuum qatarından yeni rekord - 2 saniyəyə 700 km/saat sürət yığıacaq
Çində alimlər maqnit dartısı ilə hərəkət edən vaqon-platformanı cəmi iki saniyə ərzində 700 km/saat sürətinə çatdırıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, çinli mühəndislər elektromaqnit dartısı ilə işləyən çoxtonlu vaqon-platformanın sürətləndirilməsi üzrə uğurlu sınaq keçiriblər. Nəticədə platforma cəmi iki saniyəyə 700 km/saat sürət yığıb və bu göstərici belə konstruksiyalar üçün dünya rekordu hesab olunur.
Bildirilir ki, sınaqlar 400 metrlik xətt üzərində aparılıb. Maqnit yastığı üzərində hərəkət edən platforma göstərilən sürətə çatdıqdan sonra təhlükəsiz şəkildə dayandırılıb.
Maqnit levitasiyası sahəsində bu texnologiyanın hazırlanması ilə 10 il ərzində Hunan əyalətinin Çanşa şəhərində yerləşən Milli Müdafiə Elmi-Texniki Universitetinin mütəxəssisləri məşğul olub.
Sınaqların nəticələri elektromaqnit dartısı ilə işləyən vakuum nəqliyyatının inkişafı üçün yeni imkanlar açır. Qeyd olunur ki, hazırda Çində fəaliyyət göstərən müasir qatarlar maksimum 350 km/saat sürət yığa bilir.
Bu sistem amerikalı milyarder İlon Maskın irəli sürdüyü "Hyperloop" layihəsinə bənzəyir. Həmin layihəyə əsasən qatarlar relslər üzərində deyil, vakuum tunellərində demək olar ki, "havada süzərək" hərəkət edir. Lakin "Hyperloop" indiyədək dünyanın heç bir ölkəsində tam şəkildə reallaşdırılmayıb.
Oxşar xəbərlər
Kilauea püskürdü - Lava sütununun hündürlüyü 425 metrə çatdı
ABŞ-nin Havay ştatında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan Kilauea yenidən püskürüb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin...