Çindən ABŞ-a qarşı addım: Amerika məhsullarına gömrük rüsumu 84 faizə çatdırıldı

ABŞ-nin Çin mallarına əlavə 104 faizlik gömrük rüsumu tətbiq etməsindən sonra Pekin cavab tədbiri görüb. Çin, ABŞ-dən idxal olunan məhsullara tətbiq edilən tarifləri 84 faizə qədər artırıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, yeni tariflər sabahdan qüvvəyə minəcək.
Çin hökumətinin açıqlamasına görə, bu qərar ABŞ-nin birtərəfli və ədalətsiz iqtisadi təzyiqlərinə cavab olaraq verilib.
Çin Baş naziri Li Çan mətbuata açıqlamasında, "Bütün qeyri-müəyyənliklərlə mübarizəyə hazırıq" deyib. Çin Ticarət Nazirliyi isə ABŞ-ın 6 şirkətini "etibarsız qurumlar" siyahısına, 12 şirkətini isə ixrac nəzarətinə tabe olan qurumlar siyahısına daxil edib.
Qərarın ardından Avropanın Stoxx Europe 600 indeksində təxminən 4,2 faizlik dəyər itkisinin olduğu, neft qiymətlərinin isə 57 dollara qədər gerilədiyi bildirilib.
Oxşar xəbərlər
Parisdə paradda respublika qvardiyasının atı Makronun tribunası qarşısında yıxılıb
Parisdə 14 iyul Milli bayram şərəfinə keçirilən paradda iştirak edən respublika qvardiyasının atı daş döşəmədə sürüşərək süvari ilə birlikdə prezident tribunası...