Çində "Noul" tayfunu: 715 mindən çox insan təxliyə edildi
Çinin cənubundakı Quanqdon əyalətində təsirini göstərən "Noul" tayfunu səbəbindən yüz minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Bildirilib ki, tayfun Quanqdon əyalətinin Huidun sahillərinə çataraq bölgədə güclü külək və leysan yağışlara səbəb olub.
Əlverişsiz hava şəraiti səbəbindən çoxsaylı qatar reysləri ləğv edilib, aviareyslərin icrasında isə ciddi gecikmələr və fasilələr yaranıb.
Rəsmilər tayfunla əlaqədar fövqəladə vəziyyətə reaksiya səviyyəsinin yüksəldildiyini və təhlükəsizlik məqsədilə 715 mindən çox sakinin təxliyə olunduğunu açıqlayıblar.
Hazırda bölgədə xilasetmə və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
Braziliya ABŞ rəsmilərinə viza vermədi: Səbəb seçki prosesi ilə bağlıdır
Braziliya hökuməti oktyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi ölkəyə gəlmək istəyən ABŞ Dövlət Departamentinin iki nümayəndəsinin viza müraciətini rə...