Çində DƏHŞƏT - Havada quşla toqquşan təyyarənin motoru yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Romadan Çinə gedən Hainan Hava Yollarına aid təyyarə havada quşla toqquşub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, həmin quş motorun alovlanmasına səbəb olub. 249 sərnişin və 16 heyət üzvü olan təyyarədə böyük panika yaşanıb.
Qalxışdan qısa müddət sonra baş verən bu bədbəxt hadisə nəticəsində təyyarənin motorunda yanğın qeydə alınıb.
Təhlükəsizlik protokollarını tətbiq edən pilotlar dəniz üzərində yanacaq boşaldıb. Sonra Romadaki Fiumicino Hava Limanına geri dönüblər.
İtalyan rəsmilərinin açıqlamasına görə, təcili eniş uğurla həyata keçirilib və hava limanında hər hansı bir hadisə yaşanmayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...