Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya İrana hərbi dəstək göstərmir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasındakı paylaşımında yazıb.
Trampın sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində keçirilən şəxsi görüş zamanı ona heç bir halda İrana silah verməyəcəklərini və ya satmayacaqlarını bildirib. O qeyd edib ki, bu prinsip Çin şirkətlərinə də şamil olunur.
ABŞ Prezidenti həmçinin bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin də ona Rusiyanın İrana silah satmayacağını deyib.
"O anlayır ki, mən Ukraynaya silah satmıram, silahları NATO ölkələrinə satıram. Onlar bunun tam məbləğini ödəyirlər. Həmin silahların sonradan necə paylanması barədə isə mənim heç bir məlumatım yoxdur", - deyə Tramp əlavə edib.
"Buna görə də İranla bağlı tez-tez adları hallanan iki böyük ölkənin, mənim fikrimcə, bu prosesdə iştirakı yoxdur. Əgər iştirak etsəydilər, bu onlar üçün çox pis olardı və qətiyyən maraqlarına uyğun gəlməzdi", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
Küveyt və Bəhreyn iyul ayında İran ərazisinə gizli şəkildə zərbələr endirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall...