Çin və Rusiya "Birgə Dəniz-2026" hərbi təlimlərinə başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Çin və Rusiya hərbi dəniz qüvvələri "Birgə Dəniz-2026" adlı birgə təlim keçirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər Çinin şərqində, Şandun əyalətinin Çindao şəhəri yaxınlığındakı dəniz və hava məkanında baş tutacaq.
Məlumata görə, təlim proqramı başa çatdıqdan sonra hər iki ölkənin bəzi hərbi dəniz bölmələri Sakit okeanın müəyyən ərazilərində birgə patrul xidməti həyata keçirəcəklər.
Çin Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi və dəniz qüvvələrinin qarşılıqlı fəaliyyət imkanlarının artırılması məqsədi daşıyır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...