Çin üçün Tramp, yoxsa Putin vacibdir? - Pekin iki qüvvə arasında balansı necə saxlayır?

Çin üçün Tramp, yoxsa Putin vacibdir? - Pekin iki qüvvə arasında balansı necə saxlayır?
Video
Dünya 7

Rusiya və Çin münasibətləri bərabərlik prinsipinə əsaslanan strateji tərəfdaşlıq kimi qələmə verilsə də, Pekin həm Moskva, həm də Vaşinqtonla balanslı şəkildə qlobal güc balansını qorumağa çalışır.

Siyasi ekspertlər Rusiya prezidentinin Pekin səfərini daha çox həmrəylik nümayiş etdirmək məqsədi daşıyan "diplomatik teatr" adlandırır və Çinin Ukraynadakı müharibənin davam etməsindən narahat olduğunu qeyd edirlər.

İki ölkə arasında gözlənilən 40 sənəd əvəzinə yalnız 20 sənədin imzalanması və "Sibirin Gücü-2" qaz kəməri layihəsində qiymət razılığının tapılmaması tərəfdaşlıqdakı iqtisadi fikir ayrılıqlarını göstərir.

Qərb dövlətləri, xüsusilə ABŞ və Almaniya bu təmasları yaxından izləyir və Pekinin Moskva ilə münasibətlərində fundamental dəyişiklik gözləməsə də, Çinin Ukrayna böhranının həllində rol oynamasını ümid edir.

Səfərlərin sayından asılı olmayaraq Çinin ABŞ və Avropa İttifaqı ilə olan ticarət dövriyyəsinin Rusiyaya nisbətən qat-qat böyük olması Pekin üçün iqtisadi prioritetlərin daha vacib olduğunu təsdiqləyir.

Bəs bütün bu iqtisadi və siyasi reallıqlar fonunda Rusiya və ABŞ arasında balans saxlayan Çin yeni qlobal nizamda öz milli maraqlarını tam təmin edə biləcəkmi?

Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər