Çin pensiya yaşını artırmağı planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikasının parlamenti rolunu oynayan Ümumçin Xalq Nümayəndələri Məclisi (UXNM) 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşının artırılmasını təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, kişilər üçün pensiya yaşı üç il artırılaraq 60-dan 63 yaşa qaldırılacaq. Rəhbər vəzifələrdə çalışan qadınlar üçün pensiya yaşı 58, digər qadın əməkdaşlar üçün isə 55 yaşdan başlayacaq. Hazırda Çində qadınlar üçün pensiya yaşı 50 yaşdan başlayır.
Agentlik vurğulayır ki, dəyişikliklər 2025-ci ildə qüvvəyə minəcək və 15 ilə qədər davam edəcək. 2030-cu ildən etibarən pensiya almaq üçün tələb olunan baza ödəmələrin ödənilməsi müddəti 15 ildən 20 ilə qədər artırılacaq.
Həmçinin Çinin vətəndaşlarına minimum staja çatmazdan üç il əvvəl erkən pensiyaya çıxmaq hüququ veriləcək, lakin bu, mövcud qanunvericiliyin icazə verdiyi yaşdan əvvəl olmayacaq.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...