Çin niyə "zibil" alır? – Səbəb açıqlandı

Çin niyə zibil alır? – Səbəb açıqlandı
Dünya 34

Çində məişət tullantılarının həcmi azaldığı üçün ölkədə fəaliyyət göstərən tullantı-yandırma (waste-to-energy) zavodları xammal çatışmazlığı ilə üzləşib.

BAKU.WS xəbər verir ki, istehlakın azalması, əhalinin sayının düşməsi və tullantıların daha yaxşı çeşidlənməsi səbəbindən toplanan tullantı miqdarı artıq zavodların gücünü ödəmir. Buna görə də bəzi müəssisələr işləmək üçün tullantı poliqonlarını qazaraq illər əvvəl basdırılmış tullantıları çıxarmağa başlayıb.

Rəsmi məlumatlara görə, ölkədə 2022-ci ildə 333 milyon ton çöp yandırmaq mümkün olduğu halda, faktiki toplanan məişət tullantısı 311 milyon ton olub. Hazırda günlük yandırma gücü 1,1 milyon tonu keçir və bir çox müəssisə hazırkı tullantı həcmini emal edə bilmir.

Bəzi zavodlar illik 330 min ton gücə malik olsa da, cəmi 290 min ton çöp tapa bilir. Mütəxəssislər bildirir ki, əhali sayının azalması təbii olaraq tullantı miqdarının da azalmasına səbəb olur.

Eyni zamanda ekspertlər tullantı yandırma prosesinin sağlamlıq və ətraf mühit üçün risklərinə – kanserogen qazlara, ağır metal sızmalarına və uçucu kül kimi təhlükəli yan məhsullara – diqqət çəkir.

Çinin Ekologiya və Ətraf Mühit Nazirliyi açıqlayıb ki, tullantı-yandırma müəssisələrinin sürətli artımı artıq pik həddə çatıb və yeni zavodların tikintisi xeyli yavaşlayıb.

Son xəbərlər