Çexiyada qadın gəzinti zamanı xəzinə TAPIB

Çexiyada gəzinti zamanı bir qadın içərisində 2150-dən çox gümüş dinar olan keramika qab tapıb.
BAKU.WS-in məlumatına görə, bu brədə "Independent" qəzeti yazıb.
Arxeoloqlar bu xəzinəni "son onilliyin ən böyük tapıntısı" kimi xarakterizə edilib.
Təxminən 900 il əvvələ aid olduğu ehtimal edilən xəzinə hazırda Praqada Çexiya Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu tərəfindən tədqiq edilir.
Arxeoloq Filip Velimski qeyd edib ki, xəzinə XII əsrin ilk rübündə, Prjemıslovlar sülaləsinin Praqa knyazlığı taxtı uğrunda daxili siyasi qeyri-sabitlik dövründə gizlədilib.
"Bu sikkələr adi insan üçün əlçatmaz böyük məbləğ təşkil edirdi. Bunu lotereyada milyon qazanmaqla müqayisə etmək olar," – Velimski bildirib.
Mütəxəssislər sikkələrin "hərbi qənimət" və ya əsgərlər üçün ödəniş ola biləcəyini, çünki Kutna Qora bölgəsinin o dövrdə taxt uğrunda münaqişələrlə tanındığını ehtimal edirlər. İlkin təhlillərə görə, dinarlar 1085-1107-ci illər arasında bölgənin müxtəlif sikkəxanalarında, ehtimal ki, gətirilmiş gümüşdən kəsilmişdir.
Çex Gümüş Muzeyinin direktoru Lenka Mazaçova bildirib ki, sikkələr təmizlənəcək, bərpa ediləcək və spektral analizdən keçirildikdən sonra geniş ictimaiyyətə nümayiş etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Məşhur yazıçı Patrik Heminquey VƏFT ETDİ
Ədəbiyyat dünyasında kədərli xəbər: tanınmış yazıçı Ernest Heminqueyin kiçik oğlu və 1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Patrik Heminquey vəfat...
