Cənubi Koreyada təyyarə qəzaya uğrayıb - 4 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın cənub-şərqində yerləşən Pohang şəhərində hərbi təyyarənin dağa çırpılaraq qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfərin hamısı ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Həlak olanların dördünün də cəsədinin aşkarlandığı bildirilib.
Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
***09:24
Cənubi Koreyanın şərq sahillərindəki Pohanq şəhərində təyyarə qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Hadisənin təfərrüatları müəyyənləşdirilir, qəzanın səbəbi də məlum deyil.
Hadisə şahidləri dağın altından tüstü çıxdığını gördüklərini bildiriblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...