Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yolun həbs müddəti daha 6 ay uzadıldı
Cənubi Koreyanın sabiq prezidenti Yun Suk Yolun həbsdə saxlanma müddəti daha 6 ay uzadılıb.
BAKU.WS-in "Yonhap" agentliyinə istinadən yaydığı məlumata görə, Seul məhkəməsi keçmiş dövlət başçısı ilə bağlı qərar verərək onun barəsində tətbiq olunan həbs qətimkan tədbirinin müddətinin artırılmasına hökm edib.
Məlumata əsasən, Yun Suk Yolun müvafiq dövlət qurumlarını – Müdafiə Nazirliyini və ya Baş Qərargahı məlumatlandırmadan Şimali Koreya istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsi barədə göstəriş verdiyi iddia olunur. Bu tapşırığın dron bölməsinin rəhbərinə verildiyi və hazırda istintaq çərçivəsində araşdırıldığı bildirilib.
İstintaq materiallarında sabiq prezidentin məqsədinin Şimali Koreyanı cavab reaksiyasına təhrik etmək və bunun fonunda ölkədə hərbi vəziyyət elan edilməsi üçün əsas yaratmaq olduğu irəli sürülür.
Qeyd edək ki, Yun Suk Yolun həbs müddəti əvvəlcə yanvarın 18-də başa çatmalı idi. Xatırladaq ki, o, ötən ilin dekabrında parlamentin impiçment qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Oxşar xəbərlər
Müharibənin acı ironiyası: Evsiz qalan ailələr, ailəsiz qalan evlər
Gecədən xeyli keçməsinə baxmayaraq gözümə yuxu getmirdi. Saat üçdən tez yuxulaya bilmirəm. Müharibənin beşinci ilinə keçməsinə baxmayaraq, hələ də anidən nəyins...