Cənubi Koreyada son 122 ilin ən yüksək temperaturu qeydə alınıb

Cənubi Koreyada son 122 ilin ən yüksək temperaturu qeydə alınıb
Dünya 30

Cənubi Koreyada davam edən isti hava dalğası fonunda son 122 ilin temperatur rekordu qırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Meteorologiya Administrasiyasına (KMA) istinadən məlumat yayıb.

Məlumata görə, ölkənin cənub-şərqində yerləşən Busan şəhərində havanın temperaturu 38,8 dərəcəyə yüksəlib. Bununla da 2016-cı ildə qeydə alınmış 37,7 dərəcəlik əvvəlki rekord yenilənib.

KMA bildirib ki, bu göstərici 1904-cü ildən etibarən aparılan müşahidələr tarixində Busanda qeydə alınan ən yüksək temperaturdur.

Bundan başqa, meteorologiya xidməti paytaxt Seulun şərq və cənub-qərb bölgələri üçün də yüksək temperaturla bağlı xəbərdarlıq yayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər