Cənubi Koreya Prezidenti dron insidentinə görə KXDR-dən üzr istədi

Cənubi Koreya Prezidenti dron insidentinə görə KXDR-dən üzr istədi
Dünya 26

Cənubi Koreya Prezidenti Li Çje Men Şimali Koreya ərazisinə buraxılan pilotsuz uçuş aparatları ilə bağlı insidentə görə üzr istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb. Prezident Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, bəzi şəxslərin özbaşına belə addımlar atması təəssüf doğurur.

O vurğulayıb ki, bu cür hərəkətlər qəbuledilməzdir və rəsmi Seulun bu insidentdə birbaşa iştirakı yoxdur. Bununla belə, yaranmış gərginliyə görə KXDR-dən üzr istədiyini qeyd edib.

Məlumata görə, insident yanvar ayında baş verib. Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyanı hava məkanını pozmaqda ittiham edib. Cənubi Koreya isə hadisənin dövlət qurumları ilə bağlı olmadığını və araşdırıldığını açıqlayıb.

Bildirilib ki, ötən həftə Cənubi Koreyada üç nəfərə qarşı KXDR ərazisinə dron göndərməkdə ittiham irəli sürülüb. Onlar həmçinin aviasiya təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırılır.

Oxşar xəbərlər

SEPAH-ın kəşfiyyat rəisi ÖLDÜRÜLDÜ

SEPAH-ın kəşfiyyat rəisi ÖLDÜRÜLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat idarəsinin rəhbəri Seyid Məcid Xadəmi bazar ertəsi günü ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bi...

24 Dünya 12:13 06 aprel 2026

Son xəbərlər