Cənubi Koreya ilk nüvə sığınacağını idman zalının altında inşa edəcək
Cənubi Koreya hökuməti ölkənin ilk mülki nüvə sığınacağının tikintisinə başlayır.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, layihə paytaxt Seulda, yeni yaşayış kompleksinin altında həyata keçiriləcək.
"The Korea Herald"ın məlumatına görə, sığınacaq həm də ictimai idman zalı kimi istifadə olunacaq. Tikilinin 3-cü zirzəmisində yerləşəcək sığınacaq 2 min kvadratmetrdən çox sahəni əhatə edəcək.
Burada min nəfərdən çox insan iki həftə ərzində təhlükəsiz qala biləcək. Sığınacaqda xüsusi havalandırma, təmiz su anbarı və tullantı sistemi olacaq. Bu, nüvə, kimyəvi və ya bioloji hücum zamanı insanların yaşamasına şərait yaradacaq.
Layihənin 2028-ci ilə qədər tamamlanacağı bildirilir. Sığınacaq fövqəladə hallar istisna olmaqla, gündəlikdə fitnes mərkəzi kimi fəaliyyət göstərəcək.
Şəhər rəsmiləri layihənin müasir təhlükələrə cavab məqsədi daşıdığını bildiriblər. Onların sözlərinə görə, bu təşəbbüs Seulun təhlükəsizlik sistemini gücləndirəcək.
Xatırladaq ki, son illər Şimali Koreya ilə münasibətlərdə gərginlik davam edir. Ötən il Pxenyan Seula qarşı tullantı dolu şarlar göndərmiş, Cənubi Koreya isə hərbi hazırlıq səviyyəsini artırmışdı.
Oxşar xəbərlər
Orban: Qərbi Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır
Qərbi Avropa Ukraynaya Rusiya ilə münaqişədə dəstək verməyə davam etməyi planlaşdırır. BAKU.WS xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan e...