Çeçenistanda fövqəladə vəziyyət elan olundu
Çeçenistan ərazisində əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
BAKU.WS xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Məlumata görə, qərarın qəbul edilməsinə səbəb bölgədə müşahidə olunan əlverişsiz hava şəraitidir. Belə ki, güclü yağışlar, dağlıq ərazilərdə leysanlar, yağış və sulu qar şəklində yağıntılar qeydə alınıb.
Eyni zamanda çaylarda suyun səviyyəsinin təhlükəli həddə yüksəlməsi və kiçikhəcmli sellərin baş verməsi risk yaradıb.
Qeyd olunur ki, tətbiq edilən rejim əhalinin qorunmasına və mümkün fəsadların qarşısının alınmasına yönəlib.
Oxşar xəbərlər
Rusiya eksperti "Banderol" raketinin imkanlarından danışdı
Rusiyanın yeni nəsil "Banderol" raketi yerüstü və dayaz dərinlikdə yerləşən hədəflərə zərbə endirmək imkanına malikdir. BAKU.WS xəbər verir ki, bu barədə rusiya...