Çayda çimən kişini timsah yedi
Hindistanın Ankalxop kəndinin sakini 32 yaşlı Ajit Anil Gaikvadı timsah parçalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.
Bildirilib ki, həmin şəxs aprelin 1-də axşam saatlarında Krişna çayına çimməyə gedib və evə qayıtmayıb. Qohumları çay sahilində Gaikvadın paltar və ayaqqabılarını tapıblar və sonra polisə itkin düşənlər haqqında ərizə veriblər.
Sangli rayon polisi və meşə idarəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Nəticədə, kişinin qalıqları aprelin 2-də Bhilavadi kəndi yaxınlığındakı sahil çəmənliyində tapılıb.
Nəşrin məlumatına görə, ekspertiza hesabatında həmin şəxsin sürünənlərin hücumu nəticəsində öldüyü bildirilir. Meşə idarəsi bunun son 9 ildə rayonda ilk timsah hücumu olduğunu bildirib.
Oxşar xəbərlər
Avropa İttifaqı ABŞ-yə belə cavab verdi
Avropa Parlamenti Avropa İttifaqı ilə ABŞ arasında imzalanmış ticarət sazişinin ratifikasiyası prosesini dayandırmaq qərarına gəlib. Bu addım ABŞ Prezidenti Don...