CAR-da ildırım düşüb, iki nəfər ölüb, 150-si yaralanıb

CAR-da ildırım düşüb, iki nəfər ölüb, 150-si yaralanıb
Dünya 104

Cənubi Afrika Respublikasının (CAR) şimalında keçirilən bayram tədbiri zamanı ildırım düşməsi nəticəsində iki nəfər ölüb, təxminən 150 nəfər yaralanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə yerli EWN radiostansiyası Şimal-Qərb əyalətinin səhiyyə orqanlarına istinadən məlumat yayıb.

Hadisə paytaxt Pretoriyadan 70 kilometr şimalda yerləşən Dertiq qəsəbəsində baş verib. İnsanlar ənənəvi musiqi və rəqs festivalına toplaşanda ildırım çaxmağa başlayıb və izdihamı ildırım vurub.

Radiostansiyanın məlumatına görə, 13 nəfərin vəziyyəti ağırdır. Hazırda ümumilikdə 49 nəfər xəstəxanadadır. Qalanları tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hazırda CAR-da tez-tez və qeyri-adi şiddətli ildırımlarla xarakterizə olunan yağışlı mövsümdür.

Oxşar xəbərlər

Hollandiyada 1000-dən çox reys ləğv edildi

Hollandiyada 1000-dən çox reys ləğv edildi

Hollandiyada güclü qar yağışı həyatın normal gedişini dayandırıb. Amsterdam Schiphol Hava Limanında əksəriyyəti Avropa və Birləşmiş Krallığa olan olmaqla, ümumi...

17 Dünya 17:09 05 yanvar 2026

Son xəbərlər