Çanaqqala sahilində zəlzələ olub
06
okt
2024
17:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə - Egey dənizində qeydə alınıb. Agentliyin verilənlərinə görə, zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, daha əvvəl Konyada 4,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...