Bu qadınların 33 trilyon dollar gəliri var
Yeniliklərdən dərhal xəbərdar olun
"Forbes" jurnalı dünyanın iqtisadi gücə malik "Ən güclü 100 qadını"nın siyahısını açıqlayıb.
BAKU.WS xəbər verir ki, siyahıda ilk yeri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tutub.
İkinci yerdə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard, İtaliyanın Baş naziri Ciorcia Meloni üçüncü yerdə qərarlaşıb.
Siyahıda dördüncü pillədə isə Meksika Prezidenti Klaudiya Şeynbaum yer alıb.
Dünyanın iqtisadi gücə malik "Ən güclü 100 qadını" siyahısında bir türk qadın var. Bu "Sabancı Holdinq"inin ilk qadın rəhbəri Güler Sabancıdır. O 80-ci yerdə qərarlaşıb.
2024-cü ilin güclü qadınlar siyahısı dörd əsas meyar əsasında müəyyən edilib: pul, media, təsir və təsir dairələri.
Bu qadınların hamısının gəliri 33 trilyon dollardır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...