Bu ölkələrdə elektron siqaret qadağası var - SİYAHI

Bu ölkələrdə elektron siqaret qadağası var - SİYAHI
Dünya 103

Son illər dünyada elektron siqaretlərin (vape) istifadəsi sürətlə artsa da, bir çox ölkə sağlamlıq və gənclər arasında yayılma risklərini əsas gətirərək bu məhsullara tam və ya qismən qadağalar tətbiq edir.

BAKU.WS-in məlumtına görə, hazırda 40-dan çox ölkədə elektron siqaretlərin satışı və ya istifadəsi qadağan edilib.

Asiya ölkələri ön sıradadır

Elektron siqaretlərə ən sərt yanaşma Asiya regionunda müşahidə olunur. Hindistan, Tailand, Sinqapur, Kamboca, Şri-Lanka, İran və Şimali Koreya kimi ölkələrdə elektron siqaretlərin idxalı, satışı və istifadəsi qanunla qadağan edilib. Xüsusilə Sinqapur və Tailandda bu qadağanı pozan şəxsləri iri məbləğdə cərimə və həbs cəzası gözləyir .

Mərkəzi Asiyada yeni qərarlar

Mərkəzi Asiya ölkələri də qadağalara qoşulur. Qazaxıstan elektron siqaretlərin satışını və istifadəsini tam qadağan edib. Özbəkistan da oxşar qərar qəbul edərək vape məhsullarını qanunvericiliklə dövriyyədən çıxarıb. Qırğızıstanda da elektron siqaretlərin idxalı və satışı tam dayandırılacaq .

Latın Amerikası və Afrika

Latın Amerikasında Braziliya, Argentina, Meksika, Kolumbiya və Çili elektron siqaretlərin satışına qadağa qoyan ölkələr sırasındadır. Afrikada isə Efiopiya, Uqanda, Qambiya və Seyşel adaları bu məhsullara qarşı sərt mövqe nümayiş etdirir. Bu ölkələrdə qadağalar əsasən tütünlə mübarizə strategiyası çərçivəsində tətbiq olunur.

Avropa ölkələrində qadağalar

Avropa İttifaqında elektron siqaretlərə ümumi qadağa yoxdur. Lakin bəzi ölkələr konkret məhsul növlərinə məhdudiyyət qoyur. Belçika 2025-ci ildən etibarən birdəfəlik elektron siqaretlərin satışını qadağan edən ilk Aİ ölkəsi olub. Böyük Britaniya da analoji qərarı qüvvəyə mindirməyi planlaşdırır. Bu addımlar əsasən gənclərin qorunması və ekoloji səbəblərlə izah olunur .

Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin təhlükəsizliyinin tam sübut olunmadığını bildirir. Mütəxəssislərə görə, vape məhsulları xüsusilə yeniyetmələrdə nikotin asılılığını artırır və gələcəkdə klassik siqaretə keçid riskini yüksəldir. Məhz bu səbəbdən bir çox ölkə qabaqlayıcı tədbir kimi qadağa yolunu seçir.

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə elektron siqaretlərə qarşı qadağa və məhdudiyyətlərin sayı daha da artacaq. Bir sıra ölkələr isə tam qadağa əvəzinə, sərt tənzimləmə və yüksək vergi mexanizmlərinə üstünlük verməyi planlaşdırır .

Son xəbərlər