Bu ölkələr Ukraynaya 580 milyon dollar dəyərində hərbi yardım ayıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya və Norveç Ukraynaya 450 milyon funt sterlinq (təxminən 580 milyon ABŞ dolları) məbləğində hərbi yardım ayıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, vəsaitin əsas hissəsi Kiyevə "yüz minlərlə" pilotsuz uçuş aparatının (PUA) tədarükünə yönəldiləcək. Bundan əlavə, texnikaların təmiri və texniki xidməti, həmçinin radar sistemləri, tank əleyhinə minalar və dron əleyhinə texnologiyaların alınması da bu yardım paketinə daxildir.
Yardım paketi ilə bağlı açıqlama Ukraynaya hərbi dəstək üzrə əlaqələndirmə qrupunun cümə günü Brüsseldə keçiriləcək iclası ərəfəsində verilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...