Bu geyiminə görə Fahriyeyə nifrət edib onu "Vicdansız" adlandırdılar
Aktrisa Fahriye Evcenin üst geyimi olduqca böyük qınağa və tənqidlərə tuş gəlib.
BAKU.WS xəbər verir ki, o həyat yoldaşı Burak Özçivitlə Fransaya istirahətə yollanıb.
Bu barədə sosial şəbəkədə paylaşım edən aktrisanın geyimi narazılığa səbəb olub.
Belə ki, Fahriye Fransa küçələrində təbii xəz dəridən olan isti və qalın kürk geyinib. Onun bu addımı sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.
Evcenin ünvanına yüzlərlə tənqidi şərhlər yazılıb.
Bəzi istifadəçilər Fahriyenin bu görünüşünü "Yaprak dökümü" serialında varlı həyat yaşamaq arzusu olan tələbə "Necla" ilə müqayisə edib.
İzləyicilər aktrisanı vicdansız adlandırıblar. Bu geyiminə görə Fahriyeyə nifrət etdiklərini bildiriblər.
Sözügedən şərhləri təqdim edirik:
Oxşar xəbərlər
Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var
Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı ərazisində fransız yük gəmisinə hücum edildiyi bildirilir. BAKU.WS xəbər verir ki, CMA CGM şirkətinə məxsus "...