Bu ərəfədə İstanbula qar yağacaq
Dekabrın sonu, yanvarın əvvəllərində Türkiyənin İstanbul şəhərinə qar yağacaq.
BAKU.WS xəbər verir ki, bunu, CNN Türk-ə açıqlamasınca meteoroloq Orhan Şen deyib.
O, qışın normal keçəcəyini, dekabrın sonu və ya yanvarın əvvəlində İstanbulda qar yağacağını proqnozlaşdırıb.
"Məncə, bu il normal qış keçəcək. Türkiyənin dekabr ayının normasına uyğun miqdarda qar yağır. İstanbula qar nə vaxt yağacaq? Yaxın 10 gündə belə bir hal gözlənilmir. Həftə sonu havanın temperaturu yüksəlir, 15 dərəcəyə qədər yüksələcək. Bu gün 12 dərəcə isti olacaq. Dekabrda qar yağmayacağını deyə bilmərik, amma ümumi qiymətləndirməyə baxanda dekabrın son həftəsi və ya yanvarın ilk həftəsi ola bilər. Təbii ki, Aydos təpəsinə qar yağması İstanbula qar yağması demək deyil. İstanbulda qar yağacaq deyəndə, Levent, Aksaray və Əsənlərə qar yağmalıdır".
Oxşar xəbərlər
Ukraynada mer şəhər şurasının katibini döyüb
Ukraynanın Kiyev vilayətinin Vasilkov şəhərinin meri şəhər şurasının katibini döyüb. BAKU.WS xəbər verir ki, bu barədə Vasilkov şəhər şurasının katibi Boqdan Şe...