Bu cür geyimlər sağlamlığa zərərlidir

Bu cür geyimlər sağlamlığa zərərlidir
Dünya 160

Bəzi geyimlər sağlamlıq və komfort baxımından zərərli ola bilər. Geyimin zərərli hesab edilməsi onun materialından, sıxlığından və ya necə istifadə edilməsindən asılıdır.

BAKU.WS-in məlumatına görə, sağlamlığa ziyan olan geyimlər aşağıdakılardan ibarətdir:

Çox dar geyimlər: dar cins şalvar, dar köynəklər, korsetlər.

Qan dövranını zəiflədə, sinirlərə təzyiq göstərə və həzm sisteminə zərər verə bilər. Qadınlarda vaginal infeksiyalar da yarada bilər. 

Sintetik materialdan hazırlanan geyimlər: polyester, neylon, akril.

Bu cür geyimlər dərinin nəfəs almasını çətinləşdirir. Tərləməni artırır, bu da dəri problemlərinə (sızanaq, göbələk və s.) səbəb ola bilər. Allergiyalara və dəridə qıcıqlanmaya yol açır. 

Ayaqlara uyğun olmayan ayaqqabılar: çox yüksək dabanlı ayaqqabılar, dar və sərt ayaqqabılar.

Bel və diz ağrılarına səbəb ola bilər. Ayaq barmaqlarının formasını poza bilər (məsələn, "halluks valgus"). Gediş və duruş pozğunluqları yarada bilər.

Uzun müddət geyilən alt paltarı və ya süni materialdan oaln iç geyimi

Bu cür geyimlər hava keçirmədiyi üçün bakteriyaların artmasına şərait yaradır. Xüsusilə qadınlarda infeksiya riskini artırır. Bəzi büstqalter modelləri sinə toxumasına zərər verə bilər.

Yazda və yayda çox qalın geyimlər

Bu paltarları geyindikdə bədən temperaturu lazım olandan çox qalxır. Günvurma riski artır. İstilik səbəbindən su itkisi və halsızlıq yarana bilər.

Mütəxəssislər bildirir ki, təbii materiallardan (pambıq, kətan, bambuk) hazırlanan geyimlərə üstünlük verilməlidir.

Bədəninizi sıxmayan, rahat geyimlər seçilməlidir. Mövsümə və hava şəraitinə uyğun geyinmək lazımdır. Ayaqqabı seçimində ortopedik və rahat modellərə üstünlük verilməldir. 

Oxşar xəbərlər

Son xəbərlər