Britaniyanın nüvə sualtı gəmiqayırma zavodunda yanğın baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Böyük Britaniyanın Barrou-in-Fernes limanındakı "BAE Systems" atom sualtı gəmiqayırma zavodunda böyük yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sky News"məlumat yayıb.
Yanğın nəticəsində 2 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Alovun yayılması davam etdiyindən Devonşir dokunun (Barrou-in-Furness limanının dörd dokundan biri) ərazisindəki bütün insanlar təxliyə olunublar.
Polis yanğına görə nüvə təhlükəsinin yaranmadığını açıqlayıb. Yaxınlıqda yaşayan insanlara evdə qalmaq, qapı və pəncərələri bağlı saxlamaq tövsiyə edib.
Yanğın baş verən obyektin sahibi olan "BAE Systems" dünyanın ən böyük müdafiə podratçılarından biridir. Şirkət atom sualtı qayıqları, qırıcılar, tanklar, gəmilər, eləcə də silah və döyüş sursatları istehsal edir. O, Kral Donanması üçün 26-cı tip freqatlar ("Qlobal döyüş gəmisi") inşa edir və "F-35" qırıcıları üçün radioelektron mübarizə sistemləri istehsal edir.
Yeah barrow Bae systems is on fire.
— colin🏴 (@c_bray_) October 30, 2024
Some Wednesday night jesus christ pic.twitter.com/S9CpOE2iKZ
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...